Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatında ilk dəfə məğlub olub.
Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma turnirin C qrupunda Belçika ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında keçirilən görüş Belçika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb - 25:19, 25:22, 25:23.
Bu nəticədən sonra Azərbaycan millisi 8 xalla qrupda 3-cü pilləyə geriləyib.
Belçika 11 xalla liderliyə yüksəlib. 8 xalı olan Niderland isə ikinci sırada qərarlaşıb. Portuqaliyanın 3, Rumıniyanın 2, İspaniyanın isə 1 xalı var.
Qrup oyunları avqustun 28-dək Bakıda keçiriləcək.
