Premyer Liqanın iştirakçısı 25 milyon avro tələb edir - BAZARLIQ

26 Avqust 10:20 İngiltərə 543
Premyer Liqanın iştirakçısı 25 milyon avro tələb edir - BAZARLIQ

“Tottenhem”in yarımmüdafiəçisi Pape Matar Sarr karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, seneqallı futbolçu ilə “Nottingem Forest”, “Everton” və “Aston Villa” maraqlanır.

Bundan əlavə, Sarrın xidmətində Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu da maraqlıdır.

Daha əvvəl “Qalatasaray” Sarrla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Ancaq “Tottenhem” 20 milyon avroluq təklifi qəbul etməyib. London təmsilçisinin 23 yaşlı futbolçu üçün 25 milyon avro tələb etdiyi bildirilir.

Sarr ötən mövsüm bütün turnirlərdə 37 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM