“YaaRa Tekstil”in təsisiçisi və direktoru Yaqut Bayram “Sportinfo TV“nin qonağı olub.
Müsahib iki ildir fəaliyyət göstərən şirkətin fəaliyyəti, ötən müddətdə gördükləri işlər barədə məlumat verib.
O, “YaaRa“ brendinin son vaxtlar böyk məşhurluq qazandığını, yeni əlaqələr qurduqlarını bildirib.
Məqsədlərinin bu markanı hər yanda tanıtmaq olduğunu söyləyən xanım iş adamı qeyd edib ki, tekstil sahəsindəki çalışmalarını bir qədər də genişləndirmək niyyətindədir.
Digər idman növləriylə yanaşı, futbol sektoruna da diqqət ayırdıqlarını vurğulayan Y.Bayramın sözlərinə görə, artıq bir sıra klublarla müqavilələr imzalayıblar. Bura həm Premyer Liqa, həm I Liqa, həm də II Liqa təmsilçiləri daxildir.
Şirkətin başçısı verlişdə həyata keçirmək istədiyi yeni projeni də açıqlayıb.
Məlum olub ki, “YaaRa Tekstil“ işğaldan azad edilmiş Qarabağ bölgəsində müəssisə tikmək fikrindədir. Əgər rəsmi səviyyədə icazə verilərsə, tezliklə bu proses start götürəcək.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
