152 milyon ödəməyə hazırdırlar - Premyer Liqada rekord transfer?

10:20 İngiltərə 112
152 milyon ödəməyə hazırdırlar - Premyer Liqada rekord transfer?

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes yay transfer pəncərəsi bağlanana qədər “Mançester Siti”yə keçə bilər.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” yaxın günlərdə argentinalı futbolçunun transferi ilə bağlı rəsmi təklif göndərməyi planlaşdırırlar.

Məşhur insayder və jurnalist Qaston Edulun məlumatına görə, “Siti” 25 yaşlı yarımmüdafiəçi üçün “zadəganlar”a təxminən 130 milyon funt-sterlinq (152 milyon avro) ödəməyə hazırdır.

Əgər keçid bu şərtlərlə baş tutarsa, İngiltərə futbolu tarixinin ən bahalı transferi kimi qeydə alınacaq.

Hazırda Premyer Liqa tarixinin ən baha transferi Aleksander İsakın “Nyukasl”dan “Liverpul”a 145 milyon avroluq keçidi hesab olunur.

“Mançester Siti”yə keçməyə razılıq verəcəyi təqdirdə Enzo Fernandesin maaşı hazırkı şərtlərlə müqayisədə əhəmiyyətli dərəcədə artacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!