Yay İdman Festivalı keçiriləcək - Avqustun 27-28-də

04:20 Digər növlər 51
Yay İdman Festivalı keçiriləcək - Avqustun 27-28-də

Avqustun 27-28-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Sea Breeze" ərazisindəki meydançada Yay İdman Festivalı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Saat 16:00-dan 19:00-dək davam edəcək tədbirdə basketbolun 3x3 növü, reqbi, stolüstü tennis, badminton, voleybol, kəndirlə mübarizə, güləş, cüdo, taekvondo, kapoeyra, sumo, aykido, ciu-citsu, karate, mas-reslinq və avarçəkmə olmaqla, 16 idman növü üzrə nümunəvi çıxışlar və müxtəlif fəaliyyətlər təşkil olunacaq.

Festivalın açıq idman zonasında hər kəs müxtəlif idman növlərini ödənişsiz sınamaq, öz bacarıqlarını yoxlamaq və idman növləri ilə tanış olmaq imkanı əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!