“Ulduz”, “Qarabağ” və “Neftçi” növbəti mərhələyə vəsiqə qazandı - FOTOLAR

03:40 Hadisə 61
“Ulduz”, “Qarabağ” və “Neftçi” növbəti mərhələyə vəsiqə qazandı - FOTOLAR

11 yaşadək futbolçular arasında təşkil olunan Üçüncü “Ulduz Cup” beynəlxalq turnirində 1/4 finala yüksələn komandalar bəlli olub.

Sportinfo.az xəbər verir ki, qrup oyunlarının yekun nəticələrinə əsasən, Azərbaycanı təmsil edən “Ulduz”, “Qarabağ” və “Neftçi” növbəti mərhələyə vəsiqə qazanıblar.

Onlarla yanaşı, Gürcüstanın “Dinamo Tbilisi”, Özbəkistanın “Paxtakor” və “Bunyodkor”, Polşanın “Drukarz”, Qazaxıstanın isə “Kayrat” komandaları da 1/4 finalda mübarizəni davam etdirəcəklər.

Beləliklə, turnirin qalibi olmaq uğrunda mübarizə səkkiz komanda arasında davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!