
2024/2025-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi Superliqa klubu “Hatayspor”la qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
"Səbail"in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək. Komanda daha əvvəl Türkiyə 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb və 2:3 hesabı ilə uduzub.