“Neftçi”dən ayrılan futbolçunun baş məşqçisi görün kimdir

21:20 Neftçi 136
“Neftçi”dən ayrılan futbolçunun baş məşqçisi görün kimdir

“Neftçi”dən ayrılan İmad Faraj karyerasını Tunisdə davam etdirir.

“Esperans”ın müəyyən transfer məbləği qarşılığında “ağ-qaralar”dan transfer etdiyi cinah oyunçusu əsas heyət üzvünə çevrilməyi bacarıb.

İmadın yeni komandasının baş məşqçisi kim olsa yaxşıdır?

Laurentsiu Regekampf – “Neftçi”nin sabiq baş məşqçisi.

Təbii ki, Rege onu Azərbaycandakı çıxışına görə bəyənməyib. Sadəcə ya agentləri eyni adamdır, ya da bir-birinə yaxın şəxslərdir.

Çünki hər ikisi – həm baş məşqçi, həm də futbolçu yaxın keçmişdə Avropadan ölkəmizə təşrif buyurub.

Ola bilsin, rumın çalışdırıcıya fransız barədə məlumat verilib, o da çıxışını izlədikdən sonra “gəlsin” deyib. Bəlkə də görüntülərinə baxmayıb. Təklif edənlərin sözünə inanar razılıq verib.

Uzun sözün qısası sabiq “Neftçi”lilər hazırda uzaq Tunisdə çiyin-çiyinə çalışır.

“Espearsn” 4 turdan sonra 3 qələbə və 1 məğlubiyyət sayəsində turnir cədvəlinə liderlik edir.

Yeri gəlmişkən, Regekampf “Esperans”a bu ilin iyun ayında baş məşqçi təyin olunub. O, daha öncə də - 2024-ün noyabr ayından 2025-in martına qədər də “Esperans”da baş məşqçi kimi fəaliyyət göstərib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti