I Liqada üçüncü tur davam edir.
Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçirilib
“Şimal” “Şahdağ Qusar”ı, “Mingəçevir” “Gəncəbasar”ı, “Bakı Sportinq” “Səbail”i qəbul eləyib,
Qusar şımal derbisində 4:1 qalib gəlibssə, “Gəncəbasar” səfərdən 3 cavabsız qolla dönüb.
“Bakı Sportinq” isə Buzovnada “Səbail”ə minimal hesabla uduzub.
“Şimal” - “Şahdağ Qusar” 1:4
Qollar: C.Kəlbəliyev, 74 // U.İsmayılov, 7; S.Məmmədov, 37; F.Camalov, 83; M.Baxşalı, 86
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Səbuhi Bayramov
Şamaxı OİK stadionu
“Mingəçevir” - “Gəncəbasar” 0:3
Qollar: D.Açimi, 39-pen; 73-pen; S.Əhmədov, 80
Hakimlər: Nazim Abdullayev, Elmin Süleymanov, Safalı Ağayev, Şamil İmanzadə
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
“Baku Sportinq” - “Səbail” 0:1
Qol: Y.Said, 28
Hakimlər: Ceyhun Hüseynov, Elman Kərimov, Zakir Şükürzadə, Ruslan Quliyev
“Baku Sportinq Arena”

