Azərbaycan millisi dünya çempionatında rəqiblərini tanıdı

20:20 Milli komanda 131
Azərbaycan millisi dünya çempionatında rəqiblərini tanıdı

Azərbaycanın U-15 millisi ilk dəfə keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, turnirin püşkatma mərasimi keçirilib.

Mübarizədə iştirak edəcək 191 milli komanda 32 qrupa bölünüb. Qruplardan birində 5, digər 31 qrupda isə 6 komanda yer alıb.

Püşkatmanın nəticəsinə əsasən Azərbaycan millisi “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla birgə yer alıb.

FİFA U-15 Dünya Çempionatı və Festivalı cari ilin oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Komandalar 8-ə 8 formatında mübarizə aparacaq.

Görüşlər hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarət olacaq.

Digər Xəbərlər
Xəbər Lenti