"Neftçi"yə qarşı oyunlar həmişə xüsusi olur"

2 Oktyabr 2019 16:37 Səbail 664
"Neftçi"yə qarşı oyunlar həmişə xüsusi olur"

“Sabah”a 0:3 hesabı ilə uduzmaq özümüzə də xoş olmadı. Ancaq “Neftçi” ilə oyunda qalib gələrək bu vəziyyətdən çıxmaq istəyirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in müdafiəçisi Elvin Yunuszadə deyib.

“Səbail” Premyer Liqanın 7-ci turunda “Neftçi” ilə qarşılaşacaq. Yunuszadə rəqibin güclü olduğunu bildirərək, oyunun asan olmayacağını söyləyib: “Neftçi” hamının bildiyi kimi güclü heyətə malikdir. Həm də onlar flaqmandır. Oyunun çətin keçəcəyini bilirik. Amma çalışacağıq ki, qalib gələk.

“Neftçi”də uzun illər oynamışam. Azərbaycan futbol tarixində ilk dəfə “Neftçi” ilə Avropa Liqasının qrup mərhələsinə düşmüşəm, orada çempionluqlar yaşamışam. Ona görə də “Neftçi”yə qarşı oyunlar həmişə xüsusi olur”.

Yunuszadənin komandası ötən mövsüm “Neftçi”ni səfərdə 2:1 hesabı ilə məğlub etmişdi. O, “həmin nəticəni göstərmək mümkün olar?” sualını bu cür cavablandırıb: “Çətin oyun olacaq. Amma mümkünsüz olduğunu deməzdim”.

Digər Xəbərlər
Xəbər Lenti