Premyer Liqa klubu iranlı forvardı baxışa dəvət etdi

6 Yanvar 15:00 Səbail 2 029
Premyer Liqa klubu iranlı forvardı baxışa dəvət etdi

Mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirən "Səbail" baxışa futbolçu dəvət edib.

Söhbət arxada qalan yarım ili Birinci Liqa təmsilçisi “Baku Sportinq”də çıxış etmiş Şahin Balejaidən gedir.

O, əgər baş məşqçi Cavid Hüseynovun diqqətini çəkə bilsə, qarşıdakı yarım ili Bayıl klubunda keçirəcək.

İranlı hücumçu bir neçə gün əvvəl aşağı liqa klubunda ayrılıb.

Onun “Baku Sportinq”lə mövsümün sonuna qədər müqaviləsi qüvvədə idi.

Amma tərəflər arasında razılıq olub və müqaviləsinə xitam verilib.

Əslən Azərbaycandan olan, Ərdəbildə dünyaya gəlmiş 33 yaşlı forvard 2014-ci ildə "Qarabağ"da baxışda olub, 2016-18-ci illər aralığında qısa müddət "İnter" (indiki "Şamaxı") və "Xəzər"in (indiki "Sabah") formasını geyinib.

O, Türkiyənin "Tuzlaspor" klubunda da legioner həyatı yaşayıb.

SPORTİNFO.AZ

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM