COP29

Baş məşqçi “Neftçi”ni gördü, iddialı danışdı: “7-dən çox xal toplayacağıq”

19 Oktyabr 17:40 Səbail 2 827
Baş məşqçi “Neftçi”ni gördü, iddialı danışdı: “7-dən çox xal toplayacağıq”

Premyer Liqanın ilk dövrəsində “Səbail” aktivinə 7 xal yazdırmağı bacardı.

Bayıl təmsilçisi bu göstəricidə “Neftçi”ylə “Kəpəz”i qabaqlayıb, “Sumqayıt”la eyni sayda xal yığsa da, 9 oyun üçün məğbul saymaq olmaz.

Çünki “dənizçilər” qol sayı baxımından yalnız “Qarabağ”la “Sabah”dan geri qalır.

Komandanın baş məşqçisi Şahin Diniyev Sportinfo.az-a açıqlamasında ilk dövrədə müəyyən çətinliklərin olduğunu bildirərək, qış fasiləsinə qədər daha çox xal yığacaqlarına əminliyini deyib:

“Bir daha deyirəm, ilk dövrədə göstərdiyimiz oyunla yığdığımız xalların sayı tərs mütənasib idi. Hamı gördü ki, sərgilənən oyun və yaradılan qol imkanları ilə 7 xal uyğun deyildi.

Müdafiə xəttindəki səhvlər müəyyən xal itkilərinə səbəb oldu. Həmin səhvlərin yox dərəcəsində minimuma salmaq üçün çalışırıq.

İkinci dövrədə komandama ümidim böyükdür. Artıq futbolçular bir-birini yaxından tanıyır, komanda hansısa mənada bərkiyib.

Ümid edirəm ki, qarşıdakı 9 oyunda 7-dən çox xal toplayacağıq”.

“Səbail” oktyabrın 19-da Premyer Liqanın 10-cu turunda “Neftçi”nin qonağı olacaq. “Neftçi Arena”da baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti