Tovuzdakı geridönüşün ƏSAS SƏBƏBİ

27 May 20:40 Səbail 669
Tovuzdakı geridönüşün ƏSAS SƏBƏBİ

“Oyuna yaxşı başlamadıq. Nəticədə qapımızda erkən qol gördük”.

“Səbail”in futbolçusu Emil Martinov Sportinfo.az-a açıqlamasında komandasının “Turan Tovuz”la bərabərə qaldığı matç haqda fikirlərini bildirib.

Meydan sahibləri oyunun gedişində 2:0 hesabı ilə öndə olsa da, bayıllılar hesabı bərabərləşdirib, yekunda bərabərlik topunu vura bildi.

Bolqar futbolçu geridönüş etmələrində xarakter göstərmələrini qabardıb:

“0:1-dən sonra qol imkanlarımız var idi. Lakin heç cür rəqib qapısına yol tapa bilmirdik. Hesabı bərabərləşdirmək üçün tələskənlik var idi. “Turan Tovuz” fürsətdən yararlanıb daha bir qol vurdu. Əksər vaxtlarda olduğu kimi, bu dəfə də sadə qollar buraxdıq.

İkinci hissədə təzyiqi artıraraq xarakter göstərdik Bunun sayəsində 2 qol vuraraq çox vacib 1 xalı əldə etdik.

Hesabda geri olduğumuz müddətdə belə, Tovuzda uduzmayacağımıza inanırdım. Çünki, komandamızın gücünə inanırdım və bilirdim ki, yaxaladığımız qol imkanlarını dəyərləndirə bilsək, nəinki 2, hətta 3 top da vura bilərik”.

Emil Martinov cari Premyer Liqa mövsümündə meydana çıxdığı 24 oyunda 1 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu