Baş sponsor ilk qələbəyə görə "kisənin ağzını açdı"

3 Sentyabr 2022 09:40 Səbail 2 576
Baş sponsor ilk qələbəyə görə "kisənin ağzını açdı"

«Səbail» Pemyer Liqanın 4-cü turunda mövsümün ilk qələbəsini qazandı.

«Kəpəz»i qəbul edən Bayıl təmsilçisi 3 xalı 4:1 hesabıyla əldə etdi.

Bu, Mahmud Qurbanovun «dənizçilər»in sükanı arxasında birinci qalibiyyəti olaraq tarixə düşdü.

Klubun baş sponsoru, «Xəzər Dəniz Gəmiçiliyi»nin İdarə Heyətinin sədri Rauf Vəliyev bu münasibətlə komandanı böyük məbləğdə mükafatlandırmağı lazım bilib.

O, əsas heyət üzvlərinin hər birinə 1500 manat ödəyib. R.Vəliyev bundan əvvəl oyunçulara 3000 manat təyin edib.

«Dənizçilər» öncəki tur Şamaxı səfərindən qələbəylə dönsəydilər, məhz bu qədər «ənam» alacaqdılar. Gəl ki, önə çıxdıqları matçdan 1:1-lə ayrıldılar və 3000 manatı əldə eləməkdən məhrum oldular.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!