"Belə görürəm ki, bu yay komanda formalaşdırmağa çətinlik çəkəcəyik"

15 İyun 2021 15:00 Səbail 691
"Belə görürəm ki, bu yay komanda formalaşdırmağa çətinlik çəkəcəyik"

«Maliyyə şərtlərimiz aşağı olduğu üçün komandadakı futbolçuları saxlaya bilmirik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

Gənc mütəxəssis büdcədə azalma olduğunu, bu səbəbdən yeni müqavilələrin imzalanmasında problemlərlə üzləşdiklərini bildirib:

«Bəlli bir maaş büdcəsi var, onu aşmaq olmaz. Ötənilki heyətdən cəmi iki legioner qalıb, onlara da müqavilə təklif etmişik.

Hələlik nə Nikolas Hagen bununla razıdır, nə də Henrik Ekşteyn. Bununla belə, yenə danışıqları davam etdiririk ki, bəlkə nəsə alındı.

Başqa klublardan heç kimə dəvət göndərməmişik. Gözləyirik görək, necə olacaq, kim kənarda qalacaq.

Belə görürəm ki, bu yay işimiz çox çətin olacaq, komanda formalaşdırmağa çətinlik çəkəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti