Ceyhunu qətlə yetirib qaçan, DTX-nin yaxaladığı şəxs dünya çempionu imiş - VİDEO+FOTOLAR

08:40 Hadisə 139
Ceyhunu qətlə yetirib qaçan, DTX-nin yaxaladığı şəxs dünya çempionu imiş - VİDEO+FOTOLAR

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub.

Sportinfo.az xəbər verir ki, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıda Budo əlbəyaxa döyüş növü üzrə dünya kubokunun sahibi olub.

Elmarla birgə “Sabunçu Emin” də hadisə yerindən qaçıb gizlənmişdi. Hadisəni törədib qaçan şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər saxlanılıb.

Fotoda Elmar Cəfərov

Fotoda “Sabunçu Emin”

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM