Bundesliqa təmsilçisi Premyer Liqanın ulduzunun transferində daha maraqlı deyil?

09:00 Sabah 104
Bundesliqa təmsilçisi Premyer Liqanın ulduzunun transferində daha maraqlı deyil?

“Sabah”ın futbolçusu Coy-Lens Mikels karyerasını Bundesliqa təmsilçisi “Borussiya” (Mönhenqladbax) klubunda davam etdirmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sky Sport” (Almaniya) məlumat yayıb.

32 yaşlı hücumameyilli vinger vaxtilə formasını geyindiyi Almaniya klubuna qayıtmaqda maraqlıdır.

Məlumata görə, Mikelslə “Borussiya” arasında danışıqlar da olub. Lakin Bundesliqa təmsilçisi hazırda onun transferində maraqlı deyil. Klublar arasında isə heç bir danışıq aparılmayıb.

2028-ci ilə qədər “Sabah”la müqaviləsi olan futbolçunun qış transfer pəncərəsində komandadan ayrılması mümkündür. Onun xidmətində bir neçə klub maraqlıdır. Lakin “Borussiya” həmin klublar arasında deyil.

Almaniyanın Ziqburq şəhərində anadan olan Mikels 2005-ci ildə “Borussiya”nın akademiyasına qoşulub və 9 il burada çıxış edib. Lakin əsas komandada möhkəmlənə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM