Azərbaycan millisinin dünya çempionatında ilk məğlubiyyəti - VİDEO

07:20 Milli komanda 127
Azərbaycan millisinin dünya çempionatında ilk məğlubiyyəti - VİDEO

Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi üçüncü oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Famil Xəlilovun rəhbərlik etdiyi yığmamız Hövsan Yarış Kompleksində Avstraliya ilə qarşılaşıb.

Görüş rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Azərbaycan təmsilçisi turnirdə ilk məğlubiyyətini alıb.

Millimiz əvvəlki iki qarşılaşmada uğurlu nəticələr əldə edib. İlk oyunda Timor-Lesteni 6:0 hesabı ilə məğlub edən futbolçularımız ikinci görüşdə Andorra üzərində 1:0 hesablı qələbəyə seviniblər.

Azərbaycan yığması növbəti iki matçını oktyabrın 26-da keçirəcək. Komandamız saat 11:30-da İsraillə, 18:15-də isə Haiti ilə üz-üzə gələcək.

FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 ölkənin futbol assosiasiyalarını təmsil edən komandalar mübarizə aparırlar. Yarış çərçivəsində ümumilikdə 1000-ə yaxın qarşılaşmanın təşkili nəzərdə tutulub.

Oktyabrın 30-da başa çatacaq turnirin əsas oyunları Hövsan Yarış Kompleksində keçirilir. Final qarşılaşması isə Bakı Kristal Zalında təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM