Millimizin müdafiəçisi Cənubi Koreyada gözəl gün yaşadı - VİDEO

07:40 Bizimkilər 105
Millimizin müdafiəçisi Cənubi Koreyada gözəl gün yaşadı - VİDEO

Cənubi Koreya çempionatında 33-cü turun matçları baş tutub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" "Gimçeon Sangmu"nun qonağı olub və rəqibinə 2:1 qalib gəlib.

Krivotsyuk da bu matçda meydana çıxıb. 26 yaşlı müdafiəçi meydana start heyətində çıxıb və sona qədər meydanda olub.

Bu qələbə sayəsində xallarının sayını 49-a çatdıran “Daejeon” 33 turdan sonra çempionatın ilk mərhələsini üçüncü pillədə başa vurub.

Reqlamentə əsasən, ilk "altılıq"da qərarlaşan komandalar mövsümün ikinci hissəsində, 10 tur ərzində medallar uğrunda mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM