"Qarşıda bir əsas hədəfim qalıb - olimpiya çempionu olmaq"

07:50 Güləş 102
"Qarşıda bir əsas hədəfim qalıb - olimpiya çempionu olmaq"

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanan Sənan Süleymanovun növbəti hədəfi olimpiya çemiponu olmaqdır.

Sportinfo.az xəbər verir ki, dünya çemiponu bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Dünya çempionu olmağı çoxdan arzulayırdım. Bu hissi sözlərlə ifadə edə bilmirəm.

Uzun illərdir, heç kimin bilmədiyi, görmədiyi o qədər əziyyət, zəhmət çəkmişəm, zədələrim olub. Formada olduğum vaxtlar dəfələrlə məğlub olmuşam, amma həvəsdən düşməmişəm.

Bu gün isə dünya çempionu oldum. Qarşıda bir əsas hədəfim qalıb - olimpiya çempionu olmaq.

Mən əminəm ki, Allahın izni ilə növbəti olimpiadada öz hədəfimə nail olacağam", - S. Süleymanov deyib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM