Prezidentin millinin futbolçulari ilə görüşündə yaşanan maraqlı anlar - VİDEO

Prezidentin millinin futbolçulari ilə görüşündə yaşanan maraqlı anlar - VİDEO

Xəbər verdiyimiz kimi, oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər.

Dövlətimizin başçısı, birinci xanım, ailə üzvləri və FIFA prezidenti, həmçinin Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyblər.

Matç Azərbaycan komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Azərbaycan komandasının futbolçuları ilə görüşüblər.

Həmin görüşdən videonu təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM