Azərbaycan millisi Düşənbədə beş medala yiyələndi

08:10 Cüdo 92
Azərbaycan millisi Düşənbədə beş medala yiyələndi

Gənclərdən ibarət Azərbaycan millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Qran-Pri turnirini beş medalla başa vurub.

Sportinfo.az xəbər verir ki, yarışın son günündə daha iki təmsilçimiz fəxri kürsüdə yer alıb.

Əli Qazıməmmədov (-90 kq) və Davud Namazlı (-100 kq) üçüncü yeri tutaraq bürünc mükafata sahib çıxıblar.

Turnirin ilk günündə Vüsalə Hacıyeva (-57 kq) gümüş, Xədicə Qədəşova (-57 kq) və Hanna Zaytseva (-63 kq) isə bürünc medal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM