"Sevinirəm ki, məğlubiyyətdən qaçmağı bacardıq"

2 Mart 2021 18:50 Səbail 781
"Sevinirəm ki, məğlubiyyətdən qaçmağı bacardıq"

"Bilirdik ki, rəqib yeni baş məşqçi ilə yeni dönəmə qədəm qoyub.

Sənan Qurbanovu istəkli komanda düzəltməsi münasibəti ilə təbrik edirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XVIII turunda evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, hər iki tərəf 3 xal qazanmaq istəyib: "Qarşılaşma əsəbi keçdi. Bu da turnir cədvəlindəki mövqedən irəli gəlirdi.

Artıq neçənci oyundur ki, hücumda xeyli qol epizodu yaradırıq. “Qarabağ” kimi rəqiblə belə, 3-4 şansımız oldu.

Bəlkə də son nöqtəni qoymağa ustalıq səviyyəmiz çatmadı. Bu gün də 5-6 epizodu boşa verdik. Sevindirici hal budur ki, məğlubiyyətdən qaçmağı bacardıq. Növbəti oyuna hazırlaşacağıq".

Hacıyev qol buraxdıqdan sonra daha əzmkar oynadıqlarını diqqətə çatdırıb: "Bu, başadüşüləndir. Futbolçulara belə əzmkarlığa görə təşəkkür edirəm. Mudafiədəki səhvləri minimuma endirmişik".

Baş məşqçi Kamran Ağayevin "Sumqayıt"la görüşdə zədə yüngül zədə aldığını vurğulayıb: "Artıq tədricən məşqlərə qoşulub. Kamran bizim əsas futbolçarımızdandır".

Digər Xəbərlər
Xəbər Lenti