Tanış persona “Sabah”ın baş məşqçi postuna namizədlər siyahısında

11:00 Sabah 97
Tanış persona “Sabah”ın baş məşqçi postuna namizədlər siyahısında

“Krasnodar”ın baş məşqçisi Murad Musayev karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az Rusiyanın “krasnodar_whatnews” Instagram səhifəsinə istinadən xəbər verir ki, rusiyalı mütəxəssis “Sabah”ın namizədlər siyahısına daxil edilib.

Məlumata görə, Musayev “Krasnodar”dan ayrılaraq Bakı klubunun sükanı arxasına keçə bilər.

“Sabah”ın Valdas Dambrauskasın rəhbərliyi altında uğurlu çıxışı və Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsindən sonra litvalı mütəxəssisin Avropa klublarından cəlbedici təklif alacağı və komandadan ayrılacağı gözlənilir.

Musayev 2021-2024-cü illərdə “Sabah”ı çalışdırıb və komandanı Azərbaycan Premyer Liqasının gümüş medallarına daşıyıb.

Murad Musayev

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!