Azərbaycan çempionatında bəxtsizlik yaşayan - VİDEO

01:10 Sabah 48
Azərbaycan çempionatında bəxtsizlik yaşayan - VİDEO

Azərbaycan Premyer Liqasının “Zəfər turu” adlandırılan XI turuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son günündə “Sabah” “Şamaxı”nı qəbul edib.

“Sabah Arena”da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşdə meydan sahiblərinin qollarını Karlos Eduardo (17-ci dəqiqə) və Coy-Lens Mikels (49-cu dəqiqə) vurublar.

Qonaqların heyətində isə Oruc Məmmədov (27-ci dəqiqə) fərqlənib. 62-ci dəqiqədə Rəhman Daşdəmirov avtoqol müəllifi olub.

Bu nəticədən sonra ehtiyatda daha bir oyunu olan “Sabah” 21 xalla turnir cədvəlinin ikinci, "Şamaxı" isə 14 xalla yeddinci pilləsində qərarlaşıb.

remyer Liqanın 11-ci turunun “Sabah” – “Şamaxı” matçının (2:2) videoicmalını təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 20:00 Çək və bizə göndər!