Avropadan təklif aldı, təzminat istəmədi, xahiş etdi ki…

10:40 Sabah 65
Avropadan təklif aldı, təzminat istəmədi, xahiş etdi ki…

"Sabah"ın Zinəddin Uld Xaledlə yollarını ayırmasının səbəbi məlum olub.

Klub rəhbərliyi bu qərarı onun öz istəyi ilə verib.

Qarşı tərəfə 1 avro da təzminat ödənilməyib. Belə ki, fransalı legioner yönətimə müraciət edərək, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək niyyətində olduğunu bildirib.

26 yaşlı əcnəbi Avropa ölkələrindən birindən konkret təklif aldığını, burada şans qazanmaması üzündən getmək fikrinə düşdüyünü deyib.

Xahişi yerinə yetirildiyindən, komandanın düşərgəsini sərbəst agent statusu ilə tərk edib.

Zinəddin Fransada “Anje”nin yetirməsidir. Karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib.

Adıçəkilən yarımmüdafiəçi 2025-ci ilin iyulunda "Sabah"la 2 illik müqavilə bağlayıb. Ötən ilin noyabrında ağır zədə zədə alıb və ayağın beşinci daraq sümüyünün Jones tip 2 qırığı əməliyyatı keçirib.

Bakıdakı klinikalardan birində olan əməliyyatdan sonra yaşıl sahələrə dönüşü uğurlu alınmayıb. Valdas Dambrauskas ona nadir hallarda etimad göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!