“Qəbələ”nin daha 2 futbolçusunda koronavirus tapıldı

28 Noyabr 2020 16:20 Qəbələ 774
“Qəbələ”nin daha 2 futbolçusunda koronavirus tapıldı

Azərbaycan Premyer Liqasının XI turunun “Sumqayıt” –“Qəbələ”matçının tarixi müəyyənləşib.

Peşəkar Futbol Liqası təxirə salınan matçın keçiriləcəyi günü açıqlayıb.

Bildirilib ki, bəzi futbolçuların koronavirus testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınan qarşılaşma noyabrın 30-da baş tutacaq. Həmin gün "Kapital Bank Arena"da keçiriləcək oyun saat 16:00-da start götürəcək.

Noyabrın 27-də keçirilməli olan görüş bəzi futbolçularda koronavirus testinin pozitiv çıxması səbəbindən təxirə salınmışdı.

Bu gün qəbələli futbolçular növbəti dəfə həkim qəbulunda olub.

Sportinfo.az-ın məlumatında daha 2 oyunçunun testi pozitiv çıxıb. Yusif Nəbiyevlə Ehtiram Şahverdiyevin xəstəliyə yoluxması bilinib.

Bununla, əyalət təmsilçisində koronavirusa mübtəla olanların sayı 7-yə çatıb. Merab Şişauri, Ceyms Adeniyi, Rasim Ramaldanov, Murad Mesayev və Ülvi İskəndərov 2 gündür karantinə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti