“Azərbaycan üçün böyük planlarım var, millidə oynamaq istəyirəm”

01:50 Milli komanda 88
“Azərbaycan üçün böyük planlarım var, millidə oynamaq istəyirəm”

Azərbaycan U-21 yığmasının və Belçikanın “Sent-Trüden” klubunun yarımmüdafiəçisi Mustafa Kamara AVRO-2027-nin seçmə mərhələsinin Çexiya ilə (1:1) Bakıda keçirilmiş görüşü haqda danışıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən Kamara çexlərlə qeydə alınan bərabərliyi bu cür şərh edib:

"Yaxşı oyun keçirdik. Əla təəssüratlarım oldu. Bu kimi matçlarda oynamaqdan çox məmnunam.

Bəli, əlbəttə ki, milli komandaya uyğunlaşmağa hazıram. Burada hər şey xoşuma gəlir, hər şey əla gedir.

Hələ start heyətində oynamamışam, amma növbəti matçda meydana start heyətində çıxmaq istəyirəm. Hər halda burada olduğum üçün xoşbəxtəm. Azərbaycan üçün böyük planlarım var.

Milli komandada oynamaq istəyirəm. Tam potensialımı açanda, bu da baş verəcək.

Yaxşı texnikam və yaxşı ötürmələrim var. Məqsədim əsas komandaya düşməkdir".

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?