Ölkəmizin ev sahibliyi edəcəyi DÇ haqda VACİB MƏLUMAT - Əsas oyunlar harada keçiriləcək?

Ölkəmizin ev sahibliyi edəcəyi DÇ haqda VACİB MƏLUMAT - Əsas oyunlar harada keçiriləcək?

Bakıda keçiriləcək U-15-lər arasında dünya çempionatı ilə bağlı detallar və turnirin formatı demək olar ki, müəyyənləşib.

Sportinfo.az FIFA-ya istinadən xəbər verir ki, 8×8 formatında keçiriləcək matçlar hər biri 20 dəqiqəlik iki hissədən ibarət olacaq.

Görüşlər Bakıda yerləşən Hövsan Yarış Kompleksində keçiriləcək. Kompleksdə 20 meydançanın istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda bununla bağlı ciddi iş gedir və meydançaların yarışa qədər hazır olacağı gözlənilir.

Ali futbol qurumu 6 yarış günü ərzində təxminən 1000 oyunun keçirilməsini planlaşdırır. Açılış matçı, həlledici qarşılaşmalar və final Bakı Kristal Zalında keçiriləcək.

Hər nümayəndə heyətində 14 futbolçu və 6-dək əlavə heyət üzvü ola bilər. Turnirdə 2011 və ya 2012-ci il təvəllüdlü futbolçular iştirak edə biləcəklər.

FIFA-nın məlumatına görə, ümumilikdə 191 üzv assosiasiya turnirdə təmsil olunacaq və 3000-dən çox futbolçu, məşqçi və hakim yarışa cəlb ediləcək.

Turnirin əsas yeniliklərindən biri odur ki, komandalar uğursuz başlanğıcdan sonra mübarizəni dayandırmayacaqlar.

Yığmalar qruplarda mübarizəyə başlayacaq və nəticələrinə əsasən ikinci mərhələdə hansı səviyyədə çıxış edəcəkləri müəyyənləşəcək.

İkinci mərhələ 6 performans səviyyəsinə bölünəcək. Bütün iştirakçılar turnirin son oyun gününədək mübarizəni davam etdirəcək və hər səviyyə üzrə qalib müəyyənləşəcək. Ümumi çempion isə A səviyyəsinin qalibi olacaq.

FIFA-nın bu formatı tətbiq etməkdə məqsədi milli komandaların daha çox beynəlxalq oyun keçirmələrinə şərait yaratmaq, futbolçuların müxtəlif oyun üslubları və futbol mədəniyyətləri ilə tanış olmalarına imkan verməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?