SOCAR-ın pulu Premyer Liqa klubları arasında bərabər bölünsün!

25 May 2020 16:42 Qəbələ 1 264
SOCAR-ın pulu Premyer Liqa klubları arasında bərabər bölünsün!

«Qəbələ» SOCAR-ın klublara ayırdığı vəsatin AFFA tərəfindən bərabər səviyyədə bölünməsini təklif edib.

Sportinfo.az-ın məlumatına görə, «qırmızı-qaralar» bununla bağlı federasiya qarşısında məsələ qaldırıb.

Əyalət təmsilçisi mövcud şəraitin Premyer Liqada mübarizə aparmağa problem yaratmasını önə çəkib. «Qəbələ»lilər neft şirkətinə məxsus vəsaitin yalnız 3-4 kluba sərf olunmasını düzgün saymadıqlarını və yeni mövsümədək bu məsələyə bir daha baxılmasını istəyib.

Onların fikrincə, AFFA ümumi məbləği elita mənsubları arasında bərabər bölərsə, həm çempionatda rəqabət güclənər, həm də klubların fəaliyyətini dayandırmaq təhlükəsi ortadan qalxar.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM