
"Bu haqda danışmaq çox tezdir. Mövsüm hələ başa çatmayıb".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib.
O, hazırda icarə əasında "Hapoel"də (İsrail) çıxış edən Ceyms Adeniyinin gələcək taleyi barədə danışıb.
Kiryat-Şmona klubunda forma geyinən və müqavilə ilə "Qəbələ"yə məxsus olan nigeriyalı hücumçu mətbuata açıqlamasında Azərbaycana dönmək istədiyini açıqlayıb.
2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış afrikalı forvard ötən mövsüm 31 oyuna 12 qol vurub. "Mövsüm başa çatsın, ondan sonra otrub bu haqda danışılacaq. O zaman düşünüb qərar verəcəyik" – Əzizov bununla bağlı qeyd edib.