"Qəbələ"li: "Tanıdığım və ya yaxın olan heç kəs bu virusa yoluxmayıb"

4 Aprel 2020 19:16 Qəbələ 1 098
"Qəbələ"li: "Tanıdığım və ya yaxın olan heç kəs bu virusa yoluxmayıb"

“Hazırda İspaniya da digər ölkələr kimi karantin vəziyyətindədir. Məqsəd virusun yayılmasını azaltmaqdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin ispaniyalı yarımmüdafiəçisi Fernan Lopes deyib.

Hazırda vətənində olan futbolçu oradakı ağır vəziyyətdən danışıb: “İnfeksiya demək olar ki, burada zirvəyə çatıb. Onun qarşısını almaq üçün hər cür işlər görülür.

İndi vəziyyət bir qədər çətindir. İnsanlar karantini ciddi qəbul edirlər. Səhiyyə, aptek, supermarket, təhlükəsizlik və digər sahələrdə çalışan hər kəs durumju düzəltmək üçün çalışır.

Əla bir iş görürlər. Karantin başlayandan bəri evindəki hər kəs sağlamlığını təhlükə altına qoyaraq səhiyyə işçilərinə dəstək üçün eyvanlara çıxdı və onları alqışladı”.

Lopes yaxındanlarından heç kimin virusa yoluxmadığını bildirib: “Xoşbəxtlikdən tanıdığım və ya yaxın olan heç kəs bu virusa yoluxmayıb. Ümid edirəm ki, belə də davam edər”.

Yarımmüdafiəçi şəhərdə gəzməyin çox riskli olduğunu da sözlərinə əlavə edib: “Şəhərə yalnız müəyyən səbəblərdən çıxmaq olar. Marketə, aptekə getmək üçün bu mümkündür. Və yaxud it gəzdirmək və ya zibil atmaq üçün müəyyən müddətlik çıxmaq olar.

Ancaq bu səbəblərdən heç biri yoxdursa, gəzmək qadağandır. Küçələr boşdur. Avtomobillərə bir nəfərdən çox adam minə bilməz. Bu da qadağandır”.

Digər Xəbərlər
Xəbər Lenti