Hamidu Keytanın iş yeri müəyyənləşib.
Ötən mövsümü “Araz-Naxçıvan”da keçirən fransız vinger karyerasını İsraildə davam etdirəcək.
O, “Hapoel Petah-Tıkva” ilə gələn il may ayına qədər müqavilə bağlayıb.
Vaxtilə “Qarabağ”ın şərəfini qorumuş Keyta iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb. “Köhlən atlar”ın heyətində çıxış etdiyi 54 qarşılaşmada 9 qol vurub, 7 məhsuldar ötürmə verib.
Buna qədər isə “Zirə”də 54 oyunda 15 qol vurub, 12 assistlə yadda qalmışdı.
Maraq üçün bildirək ki, Keyta may ayında “Araz-Naxçıvan”ı tərk edəndən sonra 4 aydır klubsuz idi.
Keyta daha öncə “Sent-Etyen”, “Botoşani”, “Vitorul”, “Santa Klara” və “Konyaspor”da çıxış edib.
HƏBİB / SPORTİNFO.AZ

