“İnter Mayami” Çempionlar kubokunda Meksikanın “Kruz Azul” klubuna 2:0 hesabı ilə qalib gəlib.
MLS təmsilçisinin hücumçusu Lionel Messi qarşılaşmada 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Argentinalı hücumçunun ötürməsindən “Real”ın sabiq futbolçusu Kazemiro yararlanıb.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, bu, Messinin ABŞ klubunda Kazemiro ilə birlikdə keçirdiyi 11-ci oyunda braziliyalı futbolçuya etdiyi üçüncü məhsuldar ötürmədir.
Beləliklə, Messi Kazemiroya Kriştiano Ronaldodan daha çox qol ötürməsi verib. Portuqaliyalı oyunçu isə yarımmüdafiəçiyə birlikdə keçirdikləri 121 oyunda 2 dəfə məhsuldar ötürmə verib.
Ronaldo və Kazemiro vaxtilə “Real”da, “Mançester Yunayted”də birlikdə çıxış ediblər.
