"Qəbələ" bunu açıqladı: 9 yerli, 11-i legioner - FOTO

26 Mart 2020 09:14 Qəbələ 613
"Qəbələ" bunu açıqladı: 9 yerli, 11-i legioner - FOTO

Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının cari mövsüm keçirilən oyunları “Qəbələ”də ən çox matça çıxanların siyahısında dəyişikliklərə səbəb olub.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində çıxışını davam etdirən iki futbolçu “20-lik”də yer alıb.

Onlardan biri – klubun akademiyasının yetirməsi olan Qismət Alıyev cari mövsümdə bura daxil olub. Oyun sayını 80-ə çatdıran yarımmüdafiəçi Vurğun Hüseynovu “20-lik”dən kənarlaşdırıb. Hazırda Alıyev 17-ci sırada yer alıb.

İndiki heyətdə rekordçu Asif Məmmədovdu. O, cari mövsümdə iştirak etməklə oyun sayını 143-ə çatdırıb. Yarımmüdafiəçi klub tarixində 4-cü sıraya yüksəlib.

Siyahıya 220 oyun keçirən Ürfan Abbasov başçılıq edir. Dmitri Bezotosnı 2-ci, Dodo 3-cü sıradadı. “20-lik”də oyunçuların yarısı 100 və ya daha çox qarşılaşmaya çıxıb. Siyahıda 9 oyunçu yerli, 11-i legionerdir.

Ən çox oyun keçirən 20 futbolçu

1. Ürfan Abbasov - 220

2. Dmitri Bezotosnı - 166

3. Dodo - 161

4. Asif Məmmədov - 143

5. Voyislav Stankoviç - 142

6. Elvin Camalov - 141

7. Viktor Mendi - 127

8. Samir Zərgərov - 122

9. Cavid Hüseynov - 117

10. Rafael Santos - 104

11. Pavel Doroşev - 99

12. Abdulkader Kamara - 97

13. Azər Həşimov - 95

14. Rəşad Sadiqov - 91

15. Lyubo Baranin - 90

16. Əli İsmayılov - 82

17-18. Qismət Alıyev - 80

Sergey Zenyov - 80

19. Vitali Vernidub - 78

20. Filip Ozobiç - 74

Digər Xəbərlər
Xəbər Lenti