“Qəbələ”ni saxlamaq lazımdır, Azərbaycan üçün önəmli klubdur"

16 Mart 2020 22:20 Qəbələ 1 459
“Qəbələ”ni saxlamaq lazımdır, Azərbaycan üçün önəmli klubdur"

“Qəbələ”nin hazırda son pillədə qərarlaşmasından xəbərdaram. Komanda axır iki turda qalib gəlib. Hərdən klubdakılarla danışıram”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a “Qəbələ”nin sabiq futbolçusu Milan Antiç deyib.

Milan Antiç 2009-2011-ci illərdə “Qəbələ”nin formasını geyinib. Serbiyalı keçmiş müdafiəçi “Qəbələ”nin hazırkı durumunu dəyərləndirib. Çində akademiyaların birində çalışan 39 yaşlı mütəxəssis “Qəbələ”nin Azərbaycan futbolu üçün önəmli klub olduğunu söyləyib:

“Qəbələ”dəki çıxışımı hər zaman xatırlayıram. Çünki yaxşı oyunlarımız olub, uğurlu dövr idi. Həmişə iddialılar sırasında olmaq üçün çalışırdıq. Komandanın indi turnir cədvəlinin son pilləsində olması haqda nə demək olar? Kollektivdə çox sayda gənc oyunçu var.

“Qəbələ”nin sahib olduğu akademiyadan, stadionlardan Avropada azdır. Azərbaycan futbolunun inkişafı üçün bu klubu və akademiyanı saxlamaq lazımdır. “Qəbələ” Azərbaycan futbolu üçün önəmli klubdur".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!