"Sabah" – "Borussiya" qarşılaşması Azərbaycan futbolu üçün maraqlı və əhəmiyyətli oyundur.
Mən "Qəbələ"nin heyətində "Borussiya"ya qarşı meydanda olmuşam və belə səviyyəli rəqiblərlə oynamağın nə qədər çətin olduğunu yaxşı bilirəm.
Bu cür oyunlarda rəqibin adı və təcrübəsi ilə yanaşı, meydanda düzgün taktika, intizam və özünəinam da böyük rol oynayır”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin üzvü və “Qəbələ”nin futbolçusu Elvin Camalov Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində Bakıda keçiriləcək “Sabah” – “Borussiya” (Dortmund) oyunu barədə danışarkən deyib.
“Qəbələ”nin heyətində 2015-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda Almaniya təmsilçisinə qarşı (1:3) çıxış edən 31 yaşlı yarımmüdafiəçi sabiq klubu haqqında da fikirlərini bölüşüb:
"Sabah"da uzun illər çıxış etməyim və komandanın kapitanı olmağım səbəbindən bu kluba xüsusi münasibətim var. İnanıram ki, komanda öz potensialını ortaya qoyaraq yaxşı mübarizə apara bilər.
Belə qarşılaşmalar həm futbolçuların inkişafı, həm də Azərbaycan futbolunun beynəlxalq səviyyədə tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. "Sabah"a uğurlar arzulayıram”.
