Bu komandanın 27 oyundur “Qarabağ”a gücləri çatmır

09:20 Qəbələ 107
Bu komandanın 27 oyundur “Qarabağ”a gücləri çatmır

Misli Premyer Liqasının 10-cu turunda sabah “Qəbələ” “Qarabağ”ı qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Ağdam təmsilçisi önündə qələbəsiz oyunlar seriyasına son qoymağa çalışacaq.

“Qəbələ” artıq 27 oyundur ki, “Qarabağ”ı məğlub edə bilmir. “Qırmızı-qaralar” sonuncu dəfə 9 il əvvəl – 2010-cu ilin oktyabrında rəqibinə qalib gəlib.

Həmin vaxtdan bəri çempionatda keçirilən qarşılaşmaların 6-da “Qarabağ”dan 1 xal “qoparan” “Qəbələ” 21 dəfə meydanı məğlub tərk edib.

Son 13 görüşün hamısında Qurban Qurbanovun yetirmələri qol vurmağı bacarıb.

Bu matçda “Qəbələ fərqlənə bilsə, rəqibin qapısından 50-ci qolu keçirmiş olacaq. 2006-cı ildən bəri baş tutan 65 oyunda “Qarabağ” top fərqində də böyük üstünlüyə malikdir – 109:49.

Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 17:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti