"Ona mane ola bilmədilər"

01:10 Qəbələ 45
"Ona mane ola bilmədilər"

"Qəbələ" Misli Premyer Liqasının XI turunda səfərdə "Zirə"yə 1:2 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Yeton Bekiri matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun böyük hissəsi bizim üçün yaxşı keçdi. Son 20 dəqiqədə fiziki baxımdan çatdıra bilmədik. 89-cu dəqiqədə qol buraxmaq istənilən məşqçini pis hiss etdirir. Qolu vuran futbolçunun yanında 5 oyunçumuz var idi. Ona mane ola bilmədilər. Amma bu, futboldur, belə şeylər olur.

- Hücum xəttində yer alan futbolçular son məqamda düzgün qərar verə bilmirlər. Bunun səbəbi nədir?

- Hücumda çatışmazlıqların olması ilə razıyam. Qolları elə də asanlıqla vurmuruq. Nələrisə dəyişmək üçün zamanımız var.

- Eşqin Əhmədov ilk dəfə milli komandaya dəvət aldı. Onun milliyə çağırılmasında sizin nə qədər payınız var?

- Eşqini təbrik edirəm. O, keyfiyyətli futbolçudur. Uzun zamandır bu klubda çıxış edir. Onun bu səviyyəyə gəlib çatmasında bir çox məşqçinin rolu olub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə