Əcnəbi hücumçudan iddialı açıqlama: "Mövsümün sonunda hər şeyə baxarıq"

3 Noyabr 23:40 Qəbələ 342
Əcnəbi hücumçudan iddialı açıqlama: "Mövsümün sonunda hər şeyə baxarıq"

"Qəbələ” yaxşı oynamır. Hətta "Araz-Naxçıvan" üzərində qələbə qazanılan matçda belə bölgə klubu xoş sözləri haqq etmədi.

"Qırmızı qaralar"ın uğursuz çıxışı fonunda bir də Kərim Rossinin zəif performansı diqqət çəkir.

Ötən mövsüm "Şamaxı"da adından söz etdirən təcrübəli legioneri tanımaq mümükün deyil.

Görəsən, problem nədir?

Sportinfo.az-a açıqlama verən "9 nömrə" idman formasındakı geriləməni bu cür şərh edib:

"Bilirsiniz, futbolda hücumçu tapmacanın sonuncu parçasıdır. Mən topu götürüb 20 futbolçunu driblinqlə keçən hücumçu deyiləm. Hansı tip hücumçu olduğumu görürsünüz. Mən fürsətləri qola çevirən, cərimə meydançasında oynayan futbolçuyam. Buna görə də ətrafımdakı hər şey qaydasında olmalıdır.

Ötən mövsüm “Şamaxı”da hər şey yaxşı alınırdı. Futbolçularla aramızda böyük anlaşma və uyğunluq var idi. İndi də komandamızdakı futbolçulara güvənirəm. Onların keyfiyyətli oyunçular olduğunu düşünürəm. Klub yaxşı transferlər edib. Əminəm ki, Kərim Rossinin ən yaxşı oyununu görəcəyik.

Bu, normaldır. İnsanların gözləntiləri var. Ötən mövsüm bombardirlər sırasında olduğuma görə indi də məndən eyni performansı gözləyirlər. Ona görə də deyirlər: “Ötənilki Kərim Rossi haradadır?” Amma problem yoxdur. Mövsümün sonunda hər şeyə baxarıq. İnşallah, daha yaxşı çıxış edəcəyik".

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!
4 Noyabr 03:50 Cavanlar sakit oturmur...