“Qəbələ” növbəti ağır məğlubiyyətini aldı.
Premyer Liqanın 7-ci turunda səfərdə “Sumqayıt”a 1:4 hesabı ilə uduzan bölgə təmsilçisi bu dəfə doğma meydanda son çempion “Sabah”dan 4 cavabsız qol buraxdı.
Qarşılaşma başa çatandan sonra futbolçular paltardəyişmə otağına yollansalar da, komandanın baş məşqçisi Yeton Beçiri özünə yer tapmırdı.
Sanki komandasının böyük hesablı yenilgisinə inana bilmirdi.
Bir qədər sonra isə klubun idman direktoru Səbuhi Səfiyarlı meydanın kənarında göründü.
Adətən soyuqqanlı görməyə alışdığımız funksioner bu dəfə xeyli qayğılı təsir bağışlayırdı. 0:4 hesablı məğlubiyyətlə barışmaq onun üçün də asan deyildi.
Səfiyarlı bir neçə dəqiqə meydanın kənarında irəli-geri var-gəl edib, öz-özünə nələrisə danışırdı.
Onun hərəkətlərindən ağır nəticənin yaratdığı məyusluq və gərginlik açıq-aşkar hiss olunurdu.
İdman direktorunun komandasının belə ağır məğlubiyyətindən sonra yaşadığı anların görüntülərini təqdim edirik.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
