Azərbaycan Premyer Liqasının X turunda “Qəbələ” və “Qarabağ” komandaları üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edib.
Bu nəticədən sonra Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 19 xalla turnir cədvəlinin ikinci, Yeton Bekirinin kollektivi isə 8 xalla 10-cu pilləsində qərarlaşıb.
“Qəbələ” - “Qarabağ” 0:0
