“Qəbələ” 3 yeni legionerinə nə pul verəcək?

14 Fevral 2020 12:30 Qəbələ 1 850
“Qəbələ” 3 yeni legionerinə nə pul verəcək?

“Qəbələ” qış fasiləsindən sonra sıralarına 4 yeni futbolçu qatıb.

Bu “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyev və fransalı Abdelrafik Jerarla anlaşan “qırmızı-qaralar” daha sonra sloveniyalı Nikolas Rayselin ardınca çilili Rodriqo Qattasla 1,5 illik müqavilə imzalayıb.

Sportinfo.az-ın məlumatına görə, “qırmızı-qaralar“ 3 legionerə üst-üstə 15 min dollar maaş ödəyəcək.

Başqa sözlə, hərəsi cari mövsümün sonunadək 5000 dollar əməkhaqqı alacaq. Razılaşmaya əsasən, yayda maliyyə şərtləri ikinci dəfə gözdən keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...