"Qəbələ"nin düşdüyü qorxulu vəziyyət – O, kimlərdən çəkinir?

13 Sentyabr 2022 10:40 Qəbələ 875
"Qəbələ"nin düşdüyü qorxulu vəziyyət – O, kimlərdən çəkinir?

«Qəbələ»də vəziyyət kritikdir,

Elmar Baxşıyev özünə olmasa da, komandaya nəzarəti itirib.

Avqustun ortasında, cəmi iki tur keçəndən sonra Türkiyəyə - «Konyaspor»la «Fənərbağça»nın düşərgəsinə gedib-gələndən sonra burada dəngələr dəyişib.

Baxşıyev bəzi yaşlı futbolçulardan, o cümlədən, legionerlərdən çəkinir. Sözünü deyə bilmir.

Özünü onlardan asılı kimi aparır. Yəqin ehtiyat edir ki, irad bildirsə, sözü bir yerə qoyub, vəzifədən getməsini sürətləndirəcəklər.

O, layiq olmayanları meydandan almağa qorxur sanki. Rövlan Muradova, Omar Haniyə əsas heyətdə yer verməməklə, bilə-bilə yanlış edir.

Çünki özlərini komandanın ağası sayan bəzi oyunçular belə istəyir. Onların söylədiyi Baxşıyev üçün qanundur. Vazkeçilməz və dəyişməz qanun. Nə dedilər, odur, o da olmalıdır.

Baş məşqçi həmişə mətbuat konfranslarında komandasının üzvlərinə dəstək xarakterli çıxışlar edir, qara zolaqda olmaqlarını danır.

Əlbəttə, məhəbbət birtərəfli olanda sevgi dastanı axıradək yazılmaz. Kollektiv içində daha o mehribanlıqdan əsər-əlamət qalmayıb. Qalıbsa da, çox az.

«Qəbələ» Premyer Liqanın son 3 turunda ardıcıllıqla «Sabah», «Zirə» və «Neftçi»yə uduzub. Rəqiblər bu matçların hamısında ikinci hissədə vurduqları qollarla məqsədinə çatıb.

Bu, birmənalı şəkildə rəy yürütməyə əsas verir ki, «qırmızı-qaralar»ın fiziki durumu aşağıdır.

Mövsüm yeni başlayıb, mübarizə hələ qızışmayıb, komandanın hazırlığındakı əksikllikər göz qabağındadır.

İndi belədir, bir az keçəndən, ikinci dövrə başlayandan sonra təsəvvür edin, futbolçular nə vəziyyətə düşəcək, nələr olacaq!

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!