“Qəbələ”nin legionerlərindən “şir həmişə şirdi” rəqsi - VİDEO

18 May 2022 16:00 Qəbələ 1 090
“Qəbələ”nin legionerlərindən “şir həmişə şirdi” rəqsi - VİDEO

“Qəbələ” “Şamaxı” üzərində qazandığı 1:0 hesablı qələbə ilə avrokuboklara vəsiqəni təmin etdi.

Qalibiyyətdən sonra bölgə təmsilçisinin məşqçi və futbolçu heyətinin sevincinin həddini təsəvvür etmək çətin deyildi.

Mövsümboyu hər cür əziyyətə qatlaşıb, məhdud büdcə ilə Konfrans Liqasında iştirakı təmin edən “qırmızı-qaralar” məlum uğurla ən xoş sözləri haqq etmiş oldu.

Şamaxıdakı qarşılaşma başa çatandan sonra klub və komanda üzvləri şam yeməyi üçün restoranda bir araya gəlib.

Yüksək əhval-ruhiyyə restoranda da davam edincə, futbolçular son günlərin trendinə çevrilən musiqi üçün əl qaldırmaq qərarına gəlib.

Yerli futbolçuların istəyi ilə səsləndirilən Rəşad Dağlının “Şir həmişə şirdi, məəəm qərdeşim” qafiyəsi legionerlərin də “sümüyünə düşüb”.

Belədə onlardan bir neçəsi azərbaycanlı futbolçularla birgə əl qaldırıb oynayıb.

Videonu bu linkə daxil olaraq izləyə bilərsiz.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti