"Bu, bir ailənin qələbəsidir, bütün çətinliklərə qalib gəldik"

17 May 2022 00:40 Qəbələ 522
"Bu, bir ailənin qələbəsidir, bütün çətinliklərə qalib gəldik"

"Qəbələ"nin braziliyalı legioneri Ruan Renato instaqram hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, müdafiəçi komandasının avrokuboklara vəsiqə qazanmasını şərh edib:

"Bu mövsüm yaşadığımız unudulmaz an. Bunun bir parçası olduğum üçün çox şadam. Mövsümün əvvəlində çoxları bizə inanmırdı.

Buna görə də ilk oyundan bu ana qədər birlikdə mübarizə apardıq. Qələbələrdə və məğlubiyyətlərdə birlikdə olduq!

Bu, mövsüm ərzində yaranmış bir ailənin qələbəsidi, bütün çətinliklərə qalib gəldik və məqsədimizə çatdıq!

Mən hər kəsi təbrik etmək istəyirəm. Təkcə meydançada olanları deyil, zədələnənləri, ehtiyat oyunçular skamyasında olan, heç vaxt bizə dəstəyini dayandırmayanları, masajçıları, sürücüləri, həkimləri, aşpazları, texniki komitəmizi, idarə heyətimizi və xüsusilə də hər oyunda bizə dəstək olanları təbrik edirəm.

Məğlub olduğumuz zaman da bizi qucaqlayıb, bunun mümkün olduğuna inanan azarkeşlərimiz, hamımız bu nailiyyətə layiqik!

Ümid edirəm ki, şənbə günü evdəki oyunumuzda stadionun tribunaları dolu olacaq ki, mövsümün son oyununda nailiyyəti birlikdə qeyd edə bilək!".

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?