
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Antalyada ilk matçına çıxan Elmar Baxşıyevin yetirmələri Polşa təmsilçisi “Zaqlembe” ilə qarşılaşıb.
Görüşdə hesabı “qırmızı-qaralar” açıb. 9-cu dəqiqədə Fernan Lopez erkən qola imza atıb
Təmsilçimiz üstünlüyünü fasilədən sonra əldən verib. Polşalılar 57-ci dəqiqədə vurulan qolla hesabda tarazlıq yaradıb, final fitinə 11 dəqiqə qalmış qələbə topuna seviniblər – 2:1.
Antalyada daha iki yoxlama matçına çıxacaq “Qəbələ” yanvarın 21-də Şimali Makedoniya təmsilçisi “Boreç”lə, 24-də Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək.
“Qəbələ” – “Zaqlembe” (Polşa) 1:2
Fernan Lopez, 9
“İC Santai” Futbol Mərkəzi