"Komanda olaraq bir-birimizin çıxışından razı qaldıq"

07:30 Basketbol 57
"Komanda olaraq bir-birimizin çıxışından razı qaldıq"

"LANDAU Lions" basketbolçuları komandada inamı artıraraq daha yaxşı oyunlar keçirəcəklər.

Sportinfo.az"xəbər verir ki, bunu Azərbaycan klubunun basketbolçusu De Ondre Cekson FIBA Çempionlar Liqasının II təsnifat mərhələsində Latviyanın "VEF Riqa" kollektivi ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, məğlub olduqları qarşılaşma barədə danışıb:

"Oyun yaxşı alındı. Komanda olaraq bir-birimizin çıxışından razı qaldıq. Təəssüf ki, nəticə istədiyimiz kimi alınmadı.

Qısa müddətdə hər şeyi yoluna qoyub, komandada inamı artıraraq daha yaxşı oyunlar keçirəcəyik. Hazırda qarşıdakı matçlara fokuslanmalıyıq".

"VEF Riqa" komandasına 88:105 hesabı ilə uduzan "LANDAU Lions" mübarizəni Avropa Kubokunun G qrupunda davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"