“Hələ 42 yaşım var, əlimdən gələni edəcəm ki...”

03:20 Güləş 75
“Hələ 42 yaşım var, əlimdən gələni edəcəm ki...”

II dərəcəli beynəlxalq kateqoriyaya yüksələn Azərbaycanın güləş referisi Samil Fəttayevin məqsədi daha üst pillələri əldə etməkdir.

Sportinfo.az xəbər verir ki, o, bunu "report"a açıqlamasında deyib.

Beynəlxalq dərəcəli hakim fəaliyyəti və son imtahan barədə danışıb:

"2014-cü ildən hakimliklə məşğulam. 2024-cü ildə beynəlxalq dərəcəli hakim statusu almışam. Son iki ildə III kateqoriyalı referi kimi yerli və beynəlxalq yarışlarda ədaləti təmin etmişəm. Bu il Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatından əvvəl növbəti testlərdən keçdik. Daha sonra yarış məkanında praktiki təlimlər təşkil olundu".

S.Fəttayev çempionatdakı təcrübəsindən və gələcək hədəflərindən söz açıb:

"Avropa çempionatında 4 görüşdə əsas hakim oldum. Digər qarşılaşmalara isə xalça rəhbəri kimi çıxdım. Çox sevinirəm ki, Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldaraq II kateqoriyaya yüksəldim. Sözsüz ki, hər bir referi ən yüksək dərəcəyə – I-S kateqoriyasına çatmaq istəyər. Mənim də məqsədim ən azı I dərəcəyə qalxmaqdır. Hələ 42 yaşım var. Güləşdə 60 yaşa qədər beynəlxalq hakim statusunda qala bilərsən. Əlimdən gələni edəcəyəm ki, daha üst dərəcələri əldə edib ölkəmi beynəlxalq arenada layiqincə təmsil edim".

O, Azərbaycan Güləş Federasiyasına təşəkkürünü ifadə edib:

"Şübhəsiz ki, bu istiqamətdəki uğurlarımız təsadüfi deyil. Azərbaycan Güləş Federasiyasının hakimlərə göstərdiyi dəstək və etimadın bu nailiyyətlərdə böyük payı var. Fürsətdən istifadə edərək federasiyaya, eləcə də onun Hakimlər və Texniki Komitəsinə göstərilən diqqət və qayğıya görə təşəkkür edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...